Evdən qaçan gəlinin qaynatası danışdı: "Qardaşının arvadı dedi ki..."
Ölçü:


 Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır. Qaynatası gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb...

Koordinat.az
xəbər verir ki, Asiyanın qaynatası Tanrıverdi Bayramov AzNews.az-a müsahibəsində gəlininin qardaşı arvadının əli ilə qaçdığını deyib.
- Bu gün 9 gündür ki, gəlinimdən bir xəbər yoxdur. Göygöl rayon Polis Şöbəsinə bu barədə məlumat vermişəm. Amma 9 gündür ki, polis Asiyanı tapa bilməyib. Evim yıxılıb, dünyamız qaralıb, başımızı itirmişik. Bu nə müsibətdir mən düşdüm? Ay Allah, mən neyləmişəm ki, bu qədər yıxılıdm? Əziyyət çək toy elə, gəlin də iki aydan sonran sənin başını yerə soxsun… mən necə yaşayacam?

- Gəlininiz evdən sizinlə çıxıb?
- Bəli, oğlum mənə dedi ki, “Asiyanı rayona apar, özünə lazım olan şeyləri alacaq”. Mən də oğlumun dediyi saatda gəldim, gəlin gülə-gülə gəlib maşına oturdu. Yolda gəlinin nənəsigilə düşdük. Biz həm də bir kənddənik. Qohumlarda yas vardı. Dedilər ki, “gəlin burda qalsın, bizi maşınla yas yerinə apar”. Mən də gəlinə dedim ki, “Asiya, sən burda gözlə, anangili yas yerinə qoyum gəlim”. Yarım saatdan sonra gəldim, gəlin maşına minəndə baxdım ki, bu, əvvəlki adam deyil. Rəngi qaçmışdı, onu tanıya bilmədim. Onun rəngi məni narahat etdi. Düşdüm maşından, Asiyanın qardaşı arvadına dedim ki, “sən bu gəlinə nə dedin ki, rəngi ağappaqdı”. Qayıtdı ki, “tum çıtlayıb evə tökmüşdü. Mən də əsəbi halda dedim ki, bunu niyə bura tökmüsən?” Getdik Xanlara, gəlin maşından düşəndə dedim ki, “Asiya, üstündə pul yoxdursa verim”. Dedi ki, “ay ata, narahat olma, var, bəs edəcək”. Düşdü maşından və gəlmədi… o gedən gedib. Asiyanı bir də polis işi araşdıranda mağazanın kameralarından gördüm. Kaş ki, görməyəydim.

- Kamerada?
- Hə, mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir Gəncəyə. Asiya orada taksidən düşüb parka girir. Düşdüyü yer də aydın görünür.

- Sizcə Asiya parka niyə gedib?
- Düzülüb-qoşulmuş işdi. Bizim bu iki ayda onunla aramızda bir dəfə də incikliyimiz olmayıb. Bal kimi yaşamışıq.

- Sizcə gəlini kim yoldan çıxarmış olar?
- Qardaşı arvadı. Mən onunla söhbət elədim. Dedi ki, “bir kişi ilə görüşürdüm. Bir-birimizin sirrini bilirdik. Qorxdum ki, o, məni satacaq, ərimə desə, başımı kəsəçək. Mən də onu susdurdum”. Gəlinim qardaşı arvadının əli ilə evdən gedib. Asiyanın hara getdiyini gəlin bilir. Onları danışdırdılar. Gəlinim iki gündən bir atasıgilə gedirdi. Həmin vaxt gəlin qardaşı arvadının yanında qalırmış. Gəlin uşağı yoldan çıxardıb.

- Bəs, hüquq-mühafizə orqanları niyə gəlini danışdırmır?
- Bilmirəm. Deyirəm ay gəlin, mənim evimi niyə yıxdın? Niyə demədin ki, maşında düş bura gəl, gəlin yolunu azıb? Gəlin deyir ki, Asiya nişanlanmamışdan öncə də başqa oğlanla görüşürmüş. Onun 12 yaşında bir qızı var, tez-tez bizə gəlirdi. İndi uşaq danışır ki, anam telefonu verirdi ki, apar bunu Asiyaya ver, ona zəng olunacaq”. Beləcə, gəlini “kələ” ilə danışdırırmış. Sən demə, 12 yaşında uşaq ortada işləyirmiş...

- Gəlininizin anası nə deyir?
- Anası yerini bilmir. Asiyanın hara getdiyini gəlinləri bilir.

- Bayaq dediniz ki, gəlinim nişanlı olanda başqa oğlanla görüşürmüş...
- Bəli, mənim oğlum o qızı sevirdi. Biz bunları nişanladıq. Nişanlanandan sonra aralarında problem, narazılıq yarandı. Gəlin onların arasını vurmuşdu. Baxdıq ki, bunlar əl çəkmirlər, təzədən nişan qoyduq. Bu dəfə nişanlı qalmağa qoymadım, tez də toy edib gəlini gətirdik. Biz tərbiyəli bir ailəyik, gəlin soruşun görün bayramovlar necə ailədir. Bu nədir ilahi, mən çəkirəm? Ölmüşəm, məni yerdən götürün! Kömək edin, ay xalq, ay millət! Dərdim böyükdür, evimdə yas düşüb, oğlumun evi yıxılıb, biabır olmuşam. "Kişinin gəlini evindən qaçıb" damğası ilə yaşaya bilmərəm, yalvarıram, mənə kömək olun, o gəlini tapaq...
19.02.2018 15:07:19
Oxuma sayı: 3594