Lavrov: “Qərb partnyorlarımız vəziyyəti gərginləşdirməyə çalışır”
Ölçü:



Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrini ittiham edib.

Koordinat.az
Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Avropa və ABŞ-ın Rusiya sərhədləri boyu, o cümlədən Cənubi Qafqazda mövcudluğunu möhkəmləndirmək istədiyini vurğulayıb.

“Bizim əhatəmizdə qeyri-stabillik zolağı yaratmaq istəyirlər. Bizim yaxın qonşuları, qardaş xalqları “ya sən Qərbləsən, ya da Rusiya Federasiyası” ilə deyib, seçim etməyə vadar edirlər”.

Lavrov Qərbin Rusiyanı sanitar dəhlizə çevirmək istədiyini, iqtisadi və hərbi gücünü artırmaq planlarını əlavə edib.

“İndi də Qərbdən olan partnyorlarımız Mərkəzi Asiya və Cənubi Qazqaz da daxil olmaqla, sərhədlərimiz boyu vəziyyəti gərginləşdirməyə çalışır”, - deyə nazir əlavə edib.
23.07.2021 13:54:00
Oxuma sayı: 127