MDB-nin seçki müşahidə missiyası Azərbaycana gələcək
Ölçü:


Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir.

Koordinat.az xəbər verir ki, qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Seçkiqabağı təşviqat kampaniyası martın 19-u başlayıb aprelin 10-u saat 08:00-da başa çatacaq.
19.02.2018 14:36:00
Oxuma sayı: 786