Putin İlham Əliyevlə görüşdən sonra Paşinyana zəng edib
Ölçü:


Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Koordinat.az
xəbər verir ki, telefon danışığı Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən 2 gün sonraya təsadüf edib. Ermənistanın “Joğovurd” qəzeti məsələyə diqqət çəkərək, Putinin hər iki ölkə lideri ilə ikitərəfli əməkdaşlıqla yanaşı, regional kommunikasiyaların açılması, delimitasiya və demarkasiya proseslərini müzakirə etdiyini vurğulayıb.

“Sərhəd gərginliyi fonunda Rusiya prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqları diqqət çəkir. Sərhədyanı işlərin aktivləşdirilməsi, rus sərhədçilərinin bölgəyə yerləşdirilməsi və Qazaxla Naxçıvanın anklav kəndlərinin qaytarılması fonunda məsələ diqqət çəkir. Ermənistanın taleyinin ölkədən kənarda həll olunması barədə təəssürat yaranır və bizdən heç nə soruşan yoxdur”, - deyə qəzet yazır.

Məqalədə Putinin Zəngəzur dəhlizi və üçtərəfli razılşamanın digər bəndlərinin icrası üçün Paşinyana təkid etdiyini də diqqətə çatdırıb.

23.07.2021 11:43:00
Oxuma sayı: 1667