Fransız deputatlar Azərbaycana səfərdədir
Ölçü:



Fransa parlamentinin deputatları Azərbaycanda səfərdədir.

Koordinat.az xəbər verir ki, Fransanın Bakıdakı səfiri Zakari Qross "Twitter" hesabında Fransa parlamentinin 5 üzvü Azərbaycana səfərə gəldiyini bildirib.

Məlumata görə, Zakari Qross Azərbaycanda səfərdə olan fransız parlamentarilərlə görüş keçirib. Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov da iştirak edib.

22.07.2021 16:18:00
Oxuma sayı: 161