3 jurnalistə Ali Media Mükafatı verildi
Ölçü:



Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının 2021-ci üçün laureatlarının adları açıqlanıb.

Koordinat.az
xəbər verir ki, Mətbuat Şurasının Ali Media Mükafatı ilə Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanov təltif edilirlər.

M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər. R.Süleymanov isə müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.

Allah mərhum həmkarlarımıza rəhmət eləsin!
22.07.2021 17:49:00
Oxuma sayı: 166