Səttar Mehbalıyev deputatlardan şikayətləndi
Ölçü:


Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev bəzi deputatların və məmurların ondan həddən artıq istirahət mərkəzlərinə göndəriş vərəqəsi tələb etməsindən şikayətlənib.
 
Koordinat.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən Səttar Mehbalıyev bəzi deputatlar ondan hətta ildə 4-5 dəfə vərəqə istədiyini deyib. O qeyd edib ki, bunlar arasında digər dövlət qurumlarında olan bəzi məmurlar da var: “Mən onlara izah edə bilmirəm ki, hər adama ildə bir dəfə düşür. Bundan da səmərəli istifadə etmək lazımdır. Amma təəssüf ki, hər il dalbadal məndən bunu tələb edirlər”.
15.11.2017 12:48:00
Oxuma sayı: 1999