12 yaşdan yuxarı uşaqlara bu vaksin vurula bilər
Ölçü:


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Pfizer" peyvəndinin 12 yaşdan yuxarı uşaqlara vurulmasının mümkünlüyü təsdiqlənib.

Koordinat.az
-ın məlumatına görə, bunu baş pediatr Erkin Rahimov deyib. Baş pediatrın sözlərinə görə, risk qrupuna aid uşaqlara COVID-19 vaskini vurula bilər: “Bunlar xroniki xəstəliyi, böyrək, ürək çatışmazlığı olan xəstəliklərdir. Artıq bəzi uşaqlarda xəstəliyin ağır nəticələri olduğuna görə onların da peyvənd olunması lazımdır. İnanıram ki, peyvəndlərin gələcəkdə bir neçəsinin də uşaqlara vurula bilməsi təsdiqlənəcək".

 
09.07.2021 15:59:00
Oxuma sayı: 14954