İsrail Qəzza zolağına aviazərbələr endirib
Ölçü:



İsrail ordusu HƏMAS hərəkatının Qəzza zolağındaki mövqelərinə aviazərbələr endirib.

Koordinat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin Twitter-də dərc edilən məlumatında bildirilir.

“Ümumilikdə bizim qüvvələr HƏMAS-ın 18 mövqeyinə cavab zərbələri endirib”,- deyə məlumatda qeyd olunur.

Aviazərbələrin HƏMAS tərəfindən İsrail hərbi patrulun fuqas vasitəsi ilə partladılmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
18.02.2018 11:12:00
Oxuma sayı: 591