Bakıda Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatına dəstək
Ölçü:



Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı "Zeytun budağı" hərbi əməliyyatına dəstək məqsədilə "Qardaşlığımız əbədidir" adlı tədbir keçirilib.

Koordinat.az
xəbər verir ki, iştirakçılar tədbirdən əvvəl Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət ediblər.

Tədbirdə bildirilib ki, Türkiyənin Afrində başladığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri tərəfindən "Qardaşlığımız əbədidir" devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradılıb.

Tədbiri "Qardaşlığımız əbədidir" kampaniyasının təşkilat komitəsinin sədri Emin Həsənli aparırdı.

Qeyd olunub ki, Türkiyə dövləti bu əməliyyata başlayan kimi onu ilk dəstəkləyən dövlət Azərbaycan olub.

"Zeytun budağı" hərəkatı çərçivəsində yüzlərlə terrorçunun məhv edildiyi, terror qruplaşmalarının mövqelərinə sarsıdıcı zərbələrin endirildiyi vurğulanıb.

Tədbirdə general Məhəmmədhüseyn Sarıyev, Şəmistan Əlizamanlı, "Qardaşlığımız əbədidir" kampaniyasının təşkilat komitəsinin sədri Emin Həsənli, üzvləri Əkbər Qoşalı, Mübariz Göyüşov, Eldəniz Salmanov, Çingiz Bayramov, İlqar Orucov, Füzuli Rzaquliyev, Etimad Əsədov, bəstəkar Şahin Musaoğlu, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış ediblər.

Sonda tədbir iştirakçıları tərəfindən bəyanat qəbul edilib.

Bəyanat Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala təqdim olunacaq.
17.02.2018 18:30:00
Oxuma sayı: 764