Ermənistanda seçki yekunlaşdı: Paşinyanın partiyası liderdir
Ölçü:


Ermənistanda Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası 163 səs toplayaraq, parlament seçkilərində elektron səsvermənin nəticələri üzrə liderlik edir.

Koordinat.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.
Robert Köçəryanın "Ermənistan" bloku isə 135 səs toplayıb. Ter-Petrosyanın Erməni Milli Konqres partiyası 43 səs, Serj Sarkisyanın "Şərəf duyuram" bloku 14 səs yığıb.
Seçkilərdə iştirak edən partiya və bloklar hələ ki aşağıdakı qədər səs toplayıblar:
"Ədalətli Ermənistan" partiyası - 1
Milli Xristian Partiyası "Zartonk" ("Oyanış") - 0
"Azadlıq" partiyası - 2
"Birləşmiş Vətən" partiyası - 1
"Ümumerməni Milli Dövlətçiliyi" partiyası - 0
"Maariflənmiş Ermənistan" partiyası - 14
"Evimiz - Ermənistan" partiyası - 2
"Respublika" partiyası - 17
"Erməni Vətəni" partiyası - 4
Azad Vətən bloku - 0
Çiçəklənən Ermənistan partiyası - 3
Ermənistan Demokratik partiyası - 4
"Milli Mühafizəkar Hərəkatı 5165" partiyası - 12
Sosial Demokrat Partiyası "Vətəndaş Qərarı" - 2
Demokratlar İttifaqı Şirinyan-Babajanyan bloku - 3
"Milli Gündəm" partiyası - 0
"Oyanış" partiyası - 14
Liberal Partiya - 12
Ermənistanın Avropa partiyası - 0
"Milli Demokrat Qütb" partiyası - 6
Suveren Ermənistan partiyası - 3.

Xatırladaq ki, parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə 7% səs toplamalıdır.
20.06.2021 22:57:00
Oxuma sayı: 1558