Çavuşoğlu: “Azərbaycanın səbrinin həddi var idi”
Koordinat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, Azərbaycan münaqişənin diplomatik yolla həlli üçün uzun illər səbr edib: “Təəssüf ki, bu istiqamətdə göstərilən təşəbbüslər yetərli olmadı. Münaqişə dondurulmuş vəziyyətdə qaldı. Əlbəttə, Azərbaycanın səbrinin həddi var idi”.
Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.
16.06.2021 11:34:00
Oxuma sayı: 779