Sosial müavinət və təqaüdlərin təyin olunması qaydaları dəyişir
Ölçü:


“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na dəyişikliklər edilib.

Koordinat.az
xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb. Dəyişikliklərə görə, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Fərdi məlumatlar haqqında” qanuna əsasən elektron formada əldə edilməsi məqsədi ilə müvafiq bu dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunacaq: Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.

Həmçinin qanunun bəzi yarımbəndləri ləğv edilib.
17.02.2018 11:22:00
Oxuma sayı: 673