Uels - Türkiyə matçına 15 min bilet satılıb
Ölçü:

Avropa Çempionatının A qrupunun Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Koordinat.az
xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. O qeyd edib ki, qarşılaşma üçün 15 mindən artıq bilet satılıb.

Qeyd edək ki, iyunun 16-da keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.

Bakıda Uels və İsveçrə komandalarının ilk görüşü heç-heçə yekunlaşıb.
14.06.2021 16:33:00
Oxuma sayı: 837