Bakıda 20 dərəcə isti, rayonlarda yağış
Ölçü:


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə yağış  yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz  cənub küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq, lakin səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti olacağı gözlənilir.

 
05.11.2017 13:00:29
Oxuma sayı: 14324