Sabunçunun iki böyük qəsəbəsi susuz qalacaq
Ölçü:


Bu gün Bakının iki böyük qəsəbəsində - Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Koordinat.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb. Bildirilir ki, Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi  ilə əlaqədar həmin ərazilərdə içməli su təchizatı dayandırılacaq. 

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 
15.11.2017 10:34:37
Oxuma sayı: 47