Azərbaycan dövlətinin xarici borcu açıqlandı- 15 milyard 978 milyon 100 min manat
Ölçü:


Bu il yanvarın 1-i tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 398 milyon 300 min ABŞ dolları (15 milyard 978 milyon 100 min manat) olub.

Maliyyə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
14.02.2018 18:21:00
Oxuma sayı: 477