75 yaşlı prezident istefa verməkdən imtina etdi
Ölçü:



Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma postundan istefa vermək niyyətində olmadığını deyib.

Koordinat.az
xarici KİV-ə istinadən xəbər verir ki, dövlət əmlakını mənimsəməkdə ittiham edilən Zuma hakim “Afrika Milli Konqresi”nin tələblərinə də məhəl qoymayıb.

“Mən istefaya getmirəm”-deyə yerli televiziyanın efirində açıqlama verən Zuma parlamentin onu impiçment edəcəyi halda qərara tabe olacağını da vurğulayıb.
14.02.2018 17:42:00
Oxuma sayı: 54