Ukrayna Donbası güc yolu ilə azad etməkdən imtina etdi
Ölçü:


Ukrayna Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Ruslan Xomçak Donetsk və Luqansk vilayətlərinin güc yolu ilə azad edilməsi ehtimalına toxunub.

Koordinat.az
Ukrayna mətbuatına istinadən xəbər verir ki, Xomçak ərazilərin hərbi əməliyyatlar yolu ilə azad edilməsi ehtimalının olmadığını bildirib: “Müvəqqəti işğal altında olan ərazilərin güc yolu ilə azad edilməsi dinc sakinlər arasında çoxsaylı itkilərə, hərbçilər arasında ölüm hallarına gətirib çıxaracaq. Bu isə Ukrayna üçün qəbuledilməzdir”.

Xomçak münaqişənin diplomatik yollarla həllinə çalışacaqlarına üstünlük verəcəklərini əlavə edib.

09.04.2021 17:41:00
Oxuma sayı: 211