Bakı-Köçərli qatarının hərəkəti dayandırılmayacaq
Ölçü:



Bakıdan 15 fevraldan, Köçərlidən isə 16 fevraldan etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə olacaq.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova məlumat verib.

Qeyd edək ki, fevralın 13-də Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkətinin dayandırıldığı bildirilmişdi.
14.02.2018 15:34:00
Oxuma sayı: 366