Füzuli hava limanın ərazisisinə düşən 200 hektar minalardan təmizlənib
Ölçü:

"Ölkə rəhbərinin göstərişi əsasında işğaldan azad olunmuş rayonlarımızda infrastrukturlar yaradılır".

Koordinat.az
-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov deyib. O, qeyd edib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə Füzuli şəhəri yaxınlığında yerləşən hava limanında tikinti işlərinin aparılması məqsədilə ərazinin yoxlanılması həvalə olunmişdu: "Bugünkü günə qədər olan məlumata görə, hava limanı üçün nəzərdə tutulan 200 hektara yaxın ərazi yoxlanılaraq təhvil verilib. Ərazidə yoxlama işləri aparılarkən xeyli sayda sursatlar aşkarlanıb. Halbuki o ərazilər təmas xətti deyildi. Təmasdan dərində idi. Bundan başqa, Zəfər yolu inşa olunur. O Zəfər yolu ki, müharibə vaxtı Şuşanın alınması ərəfəsində bizim mühəndis qoşunlarının böyük fədakarlığı, qəhrəmanlığı nəticəsində kolon yolu kimi açılaraq qoşunların irəliləməsini təmin etmişdi".

07.04.2021 16:49:00
Oxuma sayı: 82