Azərbaycan alimi Türkmənistanda keçirilən beynəlxalq konfransda - FOTOLAR
Ölçü:


Türkmənistanın paytaxtı Aşqaqbadda “Müstəqillik dövründə təhsil və idman” mövzusunda iki günlük beynəlxalq konfrans keçirilib.

Koordinat.az xəbər verir ki, dünyanın 42 ölkəsindən 90-dək alimin iştirak etdiyi konfransın açılış mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakçılara təbrik məktubu oxunub. Tədbirdə Azərbaycanın böyük oğlu Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasının musiqisi sədaları altında təhsil və idman sahəsində yeniliklərə həsr olunmuş sərgi nümayiş etdirilib.

Sərgidən sonra Türmənistanın Təhsil naziri Purli Ağamuradov konfransı açıq elan edib. Noyabrın 10-da Məhdimqulu adına Türkmənistan Dövlət Universitetində təşkil edilmiş birinci bölmənin icalasında AMEA Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov “İslam həmrəyiyi fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib. Maraqla dinlənilən çıxış ölkəmiz haqqında suallarla müşaiyət olunub.

Konfransda Turkmənistan Respublikası Milli Məclisinin sədri Ağca xanım Nurberdiyeva da iştirak edib.

14.11.2017 22:05:48
Oxuma sayı: 464