Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu
Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Koordinat.az-ın məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadisə yerinə xilasedicilər cəlb edilib. Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.
Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.

07.04.2021 15:53:00
Oxuma sayı: 212