Azərbaycan nefti 1,1 dollar ucuzlaşıb
Ölçü:


 Dünya birjalarında "Brent" markalı neftin qiyməti bahalaşır.

Koordinat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 62,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 59,21 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,1 dollar ucuzlaşaraq 63,69 dollar olub.
14.02.2018 10:53:00
Oxuma sayı: 403