Tural Gəncəliyev deputat ofisini Xankəndiyə köçürməyə hazırlaşır: "Mümkün yerlər nəzərdən keçirilir"
Ölçü:

“Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək”.

Koordinat.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,  Milli Məclisin deputatı Tural Gəncəliyev tvitter hesabında yazıb. O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.
 
Tural Gəncəliyev qeyd edib ki, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir: “Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.

06.04.2021 22:50:00
Oxuma sayı: 66