Təsdiqləndi: AstraZeneca peyvəndi qan laxtalanmasına səbəb olur
Ölçü:

Avropa Dərman Agentliyi AstraZeneca peyvəndi ilə qan laxtalanmasının əmələ gəlməsi arasındakı əlaqəni nəhayət təsdiqləyib.

Koordinat.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA nəşri məlumat yayıb. Avropa Birliyinin əsas əczaçılıq tənzimləyicisinin peyvənd şöbəsinin müdiri Marko Kavaleri deyib ki, AstraZeneca peyvəndi ilə qeyri-adi qan laxtalanması halları arasında nadir bir əlaqə olduğunu inkar etmək getdikcə çətinləşir. Onun sözlərinə görə, hazırda dərmanla tromboz arasındakı əlaqəni tapmaq mümkün olmayıb - tədqiqatçılar onu araşdırmağa davam edirlər: "Bu səbəbdən  peyvəndin istifadəsi üçün yaş məhdudiyyətləri tövsiyə edilmir. Qan laxtalanması əsasən 55 yaşınadək qadınlarda müşahidə edilib. Fikrimcə, indi peyvəndlə əlaqənin açıq olduğunu söyləyə bilərik. Ancaq bu reaksiyanın səbəbi nədir, hələ də bilmirik".

Marko Kavaleri deyib ki, agentlik yaxın zamanda AstraZeneca peyvəndi ilə tromboz arasındakı əlaqəni rəsmi olaraq elan edəcək.

Buna baxmayaraq, Marko Kavaleriyə görə, bu dərmanı istifadə etməyin faydaları potensial risklərdən çoxdur.

06.04.2021 14:38:00
Oxuma sayı: 34