BMT: "Azərbaycan 2030-cu ilə qədər  bu işi aparmalıdır"
Ölçü:


“Hazırda biz Azərbaycan hökuməti ilə bir sıra layihələr üzərində işləyirik. Bununla bağlı layihələr üzrə bir sıra tədbirlər görülməkdədir”.

Koordinat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Rezident Əlaqələndiricisi Qulam İsaqzai BMT-nin inkişaf Proqramının təşkil etdiyi “İnteqrqaiya, sürətləndirmə və siyasət dəstəyi”(MAPS) hesabatı üzrə məsləhətləşmə seminarında deyib. O bildirib ki, BMT-nin hazırda əsas məqsədi həmin işlərin həyata keçirilməsidir: "Bu baxımdan Azərbaycan hökümətinə əlimizdən gələn yardımı etməyə çalışırıq. Məqsədimiz budur ki,  Azərbaycan dayanıqlı inkişaf məqsədlərinindən irəli gələn bütün işləri həyata keçirsin. 2030-cu ilə qədər  bu iş aparılmalıdır. Biz çalışırıq ki, bu prioritetlərdən irəli gələn işləri həyata keçirək”.

Daha sonra seminar barədə məlumat verən Qulam İsaqzai deyib ki, keçirilən məsləhətləşmələrdə hökumət üzvləri, müxtəlif nazirliklərin nümayəndələri, özəl sektorun təmsilçiləri, o cümlədən BMT danışıqlar aparacaq: “Təbii ki, bu görüş zamanı biz çalışacağıq ki, dayanıqlı inkişaf məqsədlərindən irəli gələn hədəfləri öz aramızda müəyyənləşdirək. Bununla bağlı hansı müvafiq siyasətin yürüdülməsi, hansı seçimlərin edilməsi ilə əlaqədar fikir mübadiləsi aparacağıq. Hesab edirik ki, bu işlərin həyata keçirilməsi Azərbaycan cəmiyyətinə, əlilliyi olan şəxslərə,  qadın və uşaqlara, o cümlədən gənclərə labüd olan proqrqmlardır.

Bu proqramlarda həm kənd yerində həm də şəhər yerində yaşayan əhali nəzərdə tutulub. Beləliklə biz bir ölkənin bütövlükdə inkişafına töhfə vermiş oluruq. Həm səhiyyə sahəsi, həm təhsil sahəsi, həm su təchizatı, həm də elektroenergetika sahəsi də nəzərdə tutulur ki, bu da dayanıqlı inkişaf məqsədlərinin təməl daşını əks etdirir”.

14.02.2018 11:07:38
Oxuma sayı: 438