TƏBİB-dən həkimlərə və koronavirus xəstələrinə çağırış
Ölçü:


Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən  “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir.

Koordinat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koronavirus xəstələri ilə çalışan həkimlərə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciətində bildirir. Qeyd olunur ki, xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları yolverilməzdir: “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq, bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də  vətəndaşların  fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik:

 
06.04.2021 09:56:00
Oxuma sayı: 30