Aprelin 15-dən buraxılış imtahanları başlayır
Ölçü:

Aprelin 15-16-da ilk buraxılış imtahanları keçiriləcək.

Koordinat.az
xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib. O, imtahan keçiriləcək bölgələrin adlarını qeyd edib: “Aprelin 15-də Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində, aprelin 16-da isə Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək”.
05.04.2021 13:36:00
Oxuma sayı: 41