Vaksinasiya yaya qədər yekunlaşacaq
Ölçü:

"Ölkə əhalisinin 80 faizinə, yəni 8 milyon insana vaksin vurulması məqsədilə 16 milyon doza peyvənd alınacaq. Artıq bununla bağlı müqavilələr bağlanıb".

Koordinat.az
-ın məlumatına görə, bunu  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O, qeyd edib ki, bu, pandemiyanın bitməsi üçün önəmli amildir: "Yay aylarına qədər vaksinasiya prosesini uğurlu şəkildə bitirəcəyimizi düşünürük”.

TƏBİB sədri vaksinasiyadan keçənlərin çox azının koronavirusa yoluxduğunu, ancaq bu şəxslərin xəstəliyi yüngül keçirdiyini və bu qrupda ağır xəstəyə rast gəlmədiklərini sözlərinə əlavə edib.

03.04.2021 15:24:00
Oxuma sayı: 33