Hazırlıq kursları fəaliyyətini davam etdirəcək
Ölçü:

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.

Koordinat.az
xəbər verir ki, Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.
Beləliklə, bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.

Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

01.04.2021 16:15:00
Oxuma sayı: 13303