Putin Sarkisyanı Moskvaya çağırdı
Ölçü:


Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.

Koordinat.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Sarkisyan Moskvaya səfər edəcək. Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib ki, Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün noyabrın 16-da Moskvaya yola düşür.

Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana, ertəsi gün Ermənistana səfər edəcək.

14.11.2017 18:22:00
Oxuma sayı: 151