Məktəb direktoru olmaq istəyənlərin yarısı 50 faizdən aşağı nəticə göstərib
Ölçü:

Təhsil Nazirliyinin orta məktəblərə direktor olmaq istəyənlər üçün keçirdiyi imtahanın nəticələri məlum olub. Direktorların işə qəbulu üzrə test imtahanı nəticələrinin ətraflı təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.

Koordinat.az xəbər verir ki, ilk dəfə cari il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda – 2683 namizəd iştirak edib. Bununla belə, nəticələr o qədər də ürəkaçan olmayıb. Belə ki, imtahan iştirakçılarından cəmi 846 nəfəri 60 test tapşırığının 30-dan çoxuna cavab verib, yəni 50 faizdən yuxarı nəticə göstərib. 2017 nəfər isə 50 faizdən aşağı nəticə göstərib. İddialar var ki, 50 faizdən aşağı nəticə göstərənlər, hətta 10-15 bal toplayanlar arasında hazırda orta məktəblərdə direktor və direktor müavini vəzifəsini yerinə yetirənlər də var. İmtahan iştirakçıları arasında maksimum bal toplayan isə olmayıb.
29.03.2021 10:48:00
Oxuma sayı: 16213