Saakaşvili Polşada danışdı:“Onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”
Ölçü:



Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşadan siyasi sığınacaq almaq üçün müraciət etməyəcək.
 
Koordinat.az
xəbər verir ki, M. Saakaşvili bu barədə "News One" kanalına açıqlamasında deyib. O bildirib ki, Polşa Daxili İşlər Nazirliyi ondan siyasi sığınacaq almaq kimi bir niyyətinin olub-olmadığı soruşulub: “Mən onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”.

 Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni" restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu. 
13.02.2018 13:32:00
Oxuma sayı: 45