31 bankdan14-ü zərərlə işləyir
Ölçü:


2017-ci ilin yanvar –sentyabr dövründə bank sektorunun (31 bankın) xalis mənfəəti 479,7 milyon manat təşkil edib.

Koordinat.az xəbər verir ki, bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Diqqəti çəkən Bank sektorunun cəmi mənfəətinin 17 bankın, o cümlədən Beynəlxalq Bankın, Kapital Bankın və PAŞA Bankın cəmi mənfəətlərindən az olmasıdır.

"Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "PAŞA Bank", “Bank Silk Way”,"Yapı Kredi Bank Azərbaycan",“AtaBank”, “NBC Bank”, “Ziraat Bank Azərbaycan” ASC, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı”, “ExpressBank, "Bank Melli İran" Bakı filialı, “Bank VTB Azərbaycan”, “Rabitəbank”, “GünayBank”, “Naxçıvanbank”, “AzərTürkBank” 2017-ci ilin 9 ayını xalis mənfəətlə başa vurmuşlar. 17 Bankın cəmi mənfəəti 616,5 milyon manata bərabər olub.

Bank sektorunun cəmi xalis mənfəətinin 17 bankın xalis mənfəətindən az olması, digər 14 bankda zərərlərin olduğuna işarə edir. Həmin bankların cəmi zərərləri 140 milyon manata yaxındır.

Qeyd edək ki, 2017-ci ilin 9 ayını Azərbaycan Beynəlxalq Bankı 469 milyon 893 milyon manat, “Kapital Bank” ASC 57 milyon 636.13 min manat , “PAŞA Bank” isə 29 milyon 70 min manat xalis mənfəətlə başa vurmuşdu.

 
05.11.2017 10:07:00
Oxuma sayı: 140