Ankarada Beynəlxalq Xocalı Simpoziumu keçiriləcək
Ölçü:



Ankarada Xocalı faciəsinin 26-ci ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumu keçiriləcək.

Koordinat.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Beynəlxalq Simpozium, 26-27 fevral tarixlərində Yıldırım Beyazıt universitetində keçiriləcək.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub.

106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.
13.02.2018 10:51:00
Oxuma sayı: 498