Saakaşvili Ukraynanı tərk etdi
Ölçü:



Bir müddət öncə həbs xəbəri yayılan Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib.

Koordinat.az
xarici mediaya istinadən xəbər verir ki, Mixeil Saakaşvili yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub.

Məlumata görə, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır. Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) xəbəri təsdiqləyib.
12.02.2018 20:20:00
Oxuma sayı: 73