Məcburi köçkünlərin Qarabağa qayıdışı: ağır vəziyyətdə yaşayan ailələr daha tez köçürüləcək
Ölçü:

"Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik". 

Koordinat.az
xəbər verir ki, bu bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VII qurultayındakı yekun nitqində bildirib. Dövlət başçısı deyib ki, YAP-ın fəalların da Qarabağa qayıdış proqramının icrasında ön planda olacaq: "Çünki bu proses müəyyən zaman kəsiyində baş verəcək. Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək".

Prezident bildirb ki, Qarabağa köçürülmə zamanı ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük veriləcək: "Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır və burada da sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar”.

05.03.2021 17:55:00
Oxuma sayı: 90