YAP-ın İcra katibliyi ləğv edildi, Mərkəzi Aparat yaradıldı
Ölçü:


Yeni Azərbaycan Partiyasında (YAP) yeni struktur olacaq.

Koordinat.az
-ın məlumatına görə, partiyanın Mərkəzi Aparatı yaradılıb. Tahir Budaqov YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edilib. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasında İcra katibliyi ləğv edilib.

Qeyd edək ki, indiyə kimi YAP-ın İcra katibliyinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edirdi...

05.03.2021 16:14:00
Oxuma sayı: 50