YAP-ın Siyasi Şurası ləğv edildi, İdarə Heyəti üzvlərinin sayı 40 nəfər oldu
Ölçü:

“Partiyanın üzvlərinin sayı artıb. 6 partiya YAP-a qoşulmaq üçün müraciət edib. Eyni zamanda, onlar da bizim partiyamıza gələcəklər və sayımız daha artacaq».

Koordinat.az xəbər verir ki, qurultayda bir çox yeniliklər barədə qərarlar qəbul edilib. Belə ki, YAP-ın Siyasi Şurası ləğv edilib və İdarə Heyəti üzvlərinin sayı 20 nəfərdən 40 nəfərə qaldırılıb.

Həmçinin bəzi deputatlar İdarə Heyətinə seçiliblər. Bunların arasında Azər Badamov, Cavid Osmanov, Tahir Mirkişili, Musa Quliyev, Ramin Məmmədov, Şahin İsmayılov, Pərvin Kərimzadə, Hikmət Babaoğlu da var. Eldar İbrahimov, Əli Əhmədov və Arif Rəhimzadə də İdarə Heyətində qalıb. 

Məlahət İbrahimqızı Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə düşüb. YAP rayon təşkilat sədrləri yerindədir.
05.03.2021 13:53:00
Oxuma sayı: 49