YAP Siyasi Şurasının üzvləri qurultayda iştirak etmir
Ölçü:



Xəbər verdiyimiz kimi, bu saatlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

Koordinat.az
-ın məlumatına görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq. YAP Siyasi Şurasının üzvləri arasında qurultayda iştirak etməyənlər var.

YAP Siyasi Şurasının üzvü olan, sabiq deputat Hadı Rəcəbli qurultay iştirakçıları arasında yoxdur.  Güman ki, o, YAP Siyasi Şurasının üzvlüyündən çıxarılacaq. Hadı Rəcəbli ilə əlaqə saxlasaq da, o sayımıza açıqlamasında bu barədə ətraflı danışmayacağını bildirib:

"Mən də Yeni Azərbaycan Partiyasının əsgərlərindənəm. Sonuna qədər əsgər kimi xidmət edəcəm"
05.03.2021 11:57:53
Oxuma sayı: 45