Binəqədidə məcburi köçkün yataqxanası yanıb
Ölçü:



Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, binanın damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

05.03.2021 09:31:00
Oxuma sayı: 249