Koçaryan Paşinyanı satqınlıqda ittiham etdi
Ölçü:


Ermənistanın eks-prezidenti Robert Koçaryan geniş mətbuat konfransı keçirib.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edib: “Müharibə müddətində baş nazirin qərarları ilə bağlı ciddi şübhələr söylənilirdi. Bu şübhələrin heç birinə baş nazir məntiqli cavab verməyib. Bizim əsaslı şübhəmiz var ki, məğlubiyyət planlaşdırılmışdı”.

Robert Koçaryan “Vətənin xilası namizə hərəkat”ı və baş nazir postuna namizəd Vazgen Manukyanı dəstəklədiyini də əlavə edib. O yeni partiya yaratmaq fikrində olmadığını əlavə edib.

 

04.03.2021 13:59:00
Oxuma sayı: 47