sraildən Azərbaycana 300-dən artıq protez göz gətirilib
Ölçü:


Beş gün ərzində israilli həkimlər 132 Qarabağ müharibəsi qazisini müayinə ediblər. Onlardan 22-si əməliyyat olunub, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

Koordinat.az
xəbər verir ki, YAŞAT Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Protez mütəxəssisi Maksim Zelevski protezin dizaynı, forması, modeli və ölçülərinin hazırlanmasında iştirak edir. Deyir ki, İsraildən 300-dən artıq protez göz gətirilib. Bu, onun Azərbaycanda ilk təcrübəsidir. Protezin müddəti 5 ildən artıqdır, sonra zərurət yaranacağı tədqirdə, dəyişidirilə bilər.

Vətən müharibəsi iştirakçısı Arif Hacıyev isə müharibə zamanı bir gözündən yara alıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib. A.Hacıyevin gözünün içərisinə okulyar bir linza yerləşdirilib və  israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb. Əməliyyatdan öncə qazinin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində həmin gözün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.

04.03.2021 13:46:00
Oxuma sayı: 60