Yaşa uyğun normal təzyiq neçə olmalıdır?- CƏDVƏL
Ölçü:

İnsanların səhhətləri barədə ən çox şikayət etdikləri şey qan təzyiqinin yüksək olmasıdır. Qan təzyiqi ən çox orta yaşdan yuxarı adamlara meydana gəlir və orqanizmdə bir çox narahatçılıqlara səbəb olur. Bu patoloji əlamət insanın əhval ruhiyyəsini, sinir sistemini və uzun müddət davam etdikdə daxili orqanlıarını da sıradan çıxarır. Arterial təzyiqi olan adamların halı gündə bir-neçə dəfə dəyişilir və onlar özlərini pis hiss edirlər.

Koordinat.az
xəbər verir ki, qan təzyiqi dedikdə arterial təzyiq nəzərdə tutulur. Bu qanın arteriya damarlarında işini və hərəkət sxeminin ölçüsüdür. Qan təzyiqiqni artması isə arteriyalara birlikdə kapillyarlarda da dəyişikliklərin baş verməsinə səbəb ola bilir. Qan təzyiqinin yüksəlməsi ilk növbədə ürək əzələsinin sıxılmasından və qanın oraya 1 dəqiqədə axınından asılı olur. Qanın oraya hansı miqdar və sürətlə axması isə birbaşa ürəyə öz təsirini göstərir.

Qan təzyiqi normal olmadıqda xəstədə pis əhval-ruhiyyə, yuxusuzluq, əmək qabiliyyətinin aşağı düşməsi müşahidə edilir. Arterial təzyiqin nə qədər olması cinsiyyətdən, yaşdan və xəstəliklərdən asılı olaraq dəyişkən olur.

Arterial təzyiqin normativləri aşağıdakı qaydada olmalıdır:
* Sistolik arterial təzyiq – qanın vurulmasının ən yüksək həddidir. El arasında buna təzyiqin yuxarısı deyillir. Yəni təzyiq ölçən aparatdakı birinci rəqəm.
* Diastolik arterial təzyiq – ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddir. BUna təzyiqin aşağı rəqəmi deyilir, ikinci göstərici.

Normal arterial təzyiq 120/80mm.c.süt. olmalıdır. Amma, insanlar müxtəlif olduqları kimi onların təzyiqləri də müxtəlif olur. Aşağıdakı cədvəl yaşına görə normal təzyiqin neçə olduğunu göstərir.

Yaş                                  Kişilər                Qadınlar
20                                    123/76                 116/72
20-30                              126/79                 120/75
30-40                              129/81               127/80
40-50                              135/83              137/84
50-60                               142/85              144/85
70 yaşdan yuxarı             142/80              159/85


Uşaqlarda arterial təzyiq normaları

2 həftəyə qədər               60-96                    40-50
2-4 həftə                          80-112                 40-74
2-12 ay                            90-112                  50-74
2-3 yaş                            100-112                60-74
3-5 yaş                            100-116                60-76
6-9 yaş                            100-122                60-78
10-12 yaş                        110-126                70-82
13-15 yaş                        110-136                70-86

Göründüyü kimi, insanın yaşı artdıqca onun qan təzyiqi də yüksəlir. Bu göstəricilərin fərqli olması isə insanda müxtəlif xəstəliklər səbəbindən baş verir. Bu zaman yeganə çıxış yolu həkimə müraciət eləmək və təzyiqin dəyişməsinə səbəb olan amili aradan qaldırmaqdan ibarətdir.
04.03.2021 13:30:00
Oxuma sayı: 82