"Unibank" şəhid Tural Məmmədovun ailəsinə ev verdi
Ölçü:


Unibank öz  brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Koordinat.az xəbər verir ki, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildə də bank tərəfindən müxtəlif KSM layihələri həyata keçirilib. Bunların içərisində mənəvi baxımdan yüksək dəyər daşıyan, şəhid ailələrinə dəstəklə bağlı layihələr xüsusilə yaddaqalan olub.

Bu layihələrdən biri torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərinin Unibank tərəfindən evlə təminatıdır. Bank bu layihəni tərəfdaşları üçün ayırdığı Yeni il hədiyyəsi büdcəsi hesabına həyata keçirdiyi üçün “Unibank”ın partnyorları da bu layihədə iştirak etmiş oldu. Ev artıq ailəyə təqdim edilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.

Xatırladaq ki, 21 yaşlı şəhid döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə dövlət başçısı tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

03.03.2021 17:24:00
Oxuma sayı: 51