Xocavənddə 15 min hektar əkin sahəsi Azərbaycanın nəzarətinə keçib
Ölçü:


2020-ci ildəki 44 günlük müharibədən sonra Xocavənd bölgəsindəki 27133,1 hektar əkin sahəsindən ümumilikdə 15,792,1 hektarı Azərbaycanın nəzarətinə keçib.

Koordinat.az
xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Bildirilir ki, müharibədən əvvəl bölgədə 22 min hektar əkin sahəsi becərilirdi. Hazırda 308,29 hektar üzüm, 230 hektar nar bağı və 62,27 hektar meyvə bağları Azərbaycanın nəzarəti altındadır.

Bundan əlavə, müharibə zamanı Xocavəndin atəşə tutulması nəticəsində 578 iribuynuzlu mal-qara, 872 xırdabuynuzlu heyvan və 820 donuz ölüb, 792 baş iribuynuzlu heyvan və 565 xırdabuynuzlu heyvan itkin düşüb. Həmçinin 15 kombayn, 105 traktor və 100-dən çox digər kənd təsərrüfatı texnikasının Azərbaycanın nəzarətində olduğu vurğulanıb.

03.03.2021 16:18:00
Oxuma sayı: 47