Tarixçi Dilavər Əzimli koronavirusdan vəfat etdi
Ölçü:

AMEA Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli koronavirusdan vəfat edib. Uzun müddət müalicə olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Koordinat.az-a Tarix İnstitutunun mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, Dilavər Əzimli ötən il dekabr ayının 30-da ağır vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilmişdi. Daha sonra həkimlərin məsləhətilə ecmo aparatına qoşulmuşdu.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb.

2003-cü ildən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasının müəllimi idi.

Evli idi, iki övladı var.

Allah rəhmət eləsin..

03.03.2021 12:32:00
Oxuma sayı: 41