Zəngəzura qayıdışın yolu...
Ölçü:

- Azərbaycan Süniki (Zəngəzur) güc yolu ilə yox, iqtisadi yolla ələ alacaq;
- Əvvəl nəqliyyat-kommunikasiya əlaqələri qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər;
- Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar;
- Siyasətçilər çəkiləcək yolların strateji əhəmiyyətindən bəhs edəcəklər, insanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq;
- Sonra yolların keçdiyi ərazilərə infrastukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq;
- Yükboşaltma məntəqələri, mehmanxanalar və ucuz türk mallarının satıldığı topdansatış mərkəzləri açılacaq;
- Türkiyədən Azərbaycana gedən mallar çoxaldıqca, bölgədə əlavə anbarlar açılacaq;
- Camaat Türkiyə və Azərbaycanın heç də pis olmadığına alışacaq, bu mərhələ normal həyata keçəcəksə, bölgədə biznesə pul qoymağa başlayacaqlar;
- Kapital Azərbaycan və Türkiyənin olacaq, onlar sahib, ermənilər xidmət edən olacaq;
- Ardınca türklərin özü gələcək, tədricən Sünik şəhərlərində azərbaycanlıların sayı artacaq;
- İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək;
- Türklərin sayı (Azərbaycan və Türkiyəni birlikdə götürürlər) əhalinin 20-30 faizinə çatanda onların və türk investorların maraqlarını müdafiə edən məmurların administrasiyaya ayaq açması qaçılmaz olacaq;
- Beləliklə, Sünik Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək;
Zəngəzura qayıdışın ən unikal yolu da budur...

 
Asif Nərimanlı,
hərbi icmalçı
03.03.2021 12:19:00
Oxuma sayı: 45