Ermənilərin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir
Ölçü:

“Ermənistanın baş naziri Nikol Paşinyan onu devirmək istəyən daxili və xarici mərkəzlərə gücünü göstərdi. Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi. Bu o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla yeni müharibə istəmir, o cümlədən Dağlıq Qarabağdan vaz keçib”.

Koordinat.az
-ın məlumatına görə, bunu Ermənistanda yaranmış son vəziyyəti şərh edən politoloq Elxan şahinoğlu bildirib. O, qeyd edib ki, Paşinyanın kütləvi mitinqi Ermənistanda siyasi və iqtisadi xaosa son qoymayacaq, əskinə, qarşıdurma güclənəcək: "Paşinyan bu gərginliyi artırmağa hazırdır. Onun erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirmək istəyi də bundan xəbər verir. O baş nazir kreslosunu prezident kreslosuna dəyişmək istəyir. Çünki baş nazirin sözlərinə görə, 6 il əvvəl dəyişdirilən Konstitusiya yeni böhran yaradıb. Böhranın əsas səbəblərindən biri budur ki, baş nazir baş qərargah rəisini istefaya göndərə bilmir, prezident də buna mane olur və Baş qərargahın rəisi Onik Qasparyanı istefaya göndərmək istəmir. İş o yerə çatıb ki, Paşinyanın Qasparyana qarşı ittihamına Baş Qərargah rəisinin qızı sosial şəbəkə üzərindən cavab verib və baş naziri satqın adlandırıb".

Elxan Şahinoğlu yaxın günlərdə Ermənistanda siyasi qarşıdurmanın silahlı toqquşmaya və terrora keçə biləcəyini də istisna etməyib.
02.03.2021 09:57:00
Oxuma sayı: 38